Menyu

Bakıda qadının liftin qapıları arasında qalıb ölməsi ilə bağlı Mənzil Kommunal İstismar Sahəsinin rəisi vəzifədən azad edilib

Nərmin Qocamanlı
Bakıda qadının liftin qapıları arasında qalıb ölməsi ilə bağlı Mənzil Kommunal İstismar Sahəsinin rəisi vəzifədən azad edilib

Son illər ərzində dövlət mənzil fonduna aid olan binalarda istismar müddəti bitmiş 1206 lift yeni alman istehsalı olan liftlərlə əvəz edilmiş və növbəti mərhələdə 744 yeni liftin alınaraq quraşdırılması nəzərdə tutulub.

"Operativ Media" xəbər verir ki, bu barədə Lifttəmir İB-dən bildirilib.

Qeyd edilib ki, 26 mart 2024-cü il tarixində Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, Yahya Hüseynov küçəsində yerləşən yaşayış binasında baş vermiş bədbəxt hadisə ilə bağlı Bakı Şəhər İcra Hakimiyyətində komissiya yaradılmış və hadisə komissiya tərəfindən araşdırılır. Məsələ ilə əlaqədar Binəqədi rayonu, 107 saylı Mənzil Kommunal İstismar Sahəsinin rəisi Rüfət Süleymanov tutduğu vəzifədən azad edilib, Bakımənzilavtomat ixtisaslaşdırılmış istehsalat idarəsinin rəisi İlham Hüseynov və Binəqədi rayon Mənzil Kommunal Təsərrüfat Birliyinin rəisi Elmin Zamanov isə araşdırma müddətində vəzifələrindən kənarlaşdırılıb.

Hal-hazırda real vəziyyətin öyrənilməsi məqsədilə hüquq-mühafizə orqanları ilə birgə araşdırma davam etdirilir.

Teqlər:

"Bak\u0131da qad\u0131n\u0131n liftin qap\u0131lar\u0131 aras\u0131nda qal\u0131b \u00f6lm\u0259si il\u0259 ba\u011fl\u0131 M\u0259nzil Kommunal \u0130stismar Sah\u0259sinin r\u0259isi v\u0259zif\u0259d\u0259n azad edilib"

Əlaqəli Xəbərlər