Binəqədidə qadın liftin qapıları arasında qalaraq ölüb
Nərmin Qocamanlı
Martın 26-da Binəqədi rayon sakini, 1979-cu il təvəllüdlü Aynurə Mehdiyevanın yaşadığı binadakı liftin qapıları arasında qalması nəticəsində aldığı xəsarətlərdən ölməsi faktı ilə bağlı Binəqədi rayon prokurorluğunda araşdırma aparılır.
"Operativ Media" xəbər verir ki, bu barədə Baş Prokurorluğun Mətbuat xidməti məlumat yayıb.