Menyu

Hərbi Prokurorluq: Hərbi qulluqçunun özünü öldürməsi faktı üzrə cinayət işi başlanılıb

Hərbi Prokurorluq: Hərbi qulluqçunun özünü öldürməsi faktı üzrə cinayət işi başlanılıb

Müdafiə Nazirliyinin N saylı hərbi hissəsinin hərbi qulluqçusu, əsgər Bağırov Elcan Emin oğlunun odlu silahdan istifadə etməklə özünü öldürməsi barədə Şəmkir hərbi prokurorluğuna məlumat daxil olmuşdur.

Bu barədə "Operativ Media"ya Hərbi Prokurorluğunun Mətbuat Xidmətindən bildirilib. 

Daxil olmuş məlumat əsasında Şəmkir hərbi prokurorluğunun və Azərbaycan Respublikası Hərbi Prokurorluğunun Kriminalistika və İnformasiya Texnologiyaları idarəsinin əməkdaşları tərəfindən hadisə yerinə və meyitə baxış keçirilmiş, iş üçün əhəmiyyət kəsb edən predmetlər maddi sübut kimi götürülmüş, eləcə də izahatlar alınmış və digər hərəkətlər icra edilmişdir.

Fakt üzrə Şəmkir hərbi prokurorluğunda Azərbaycan Respublikası Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanılaraq şahidlər dindirilmiş, müxtəlif ekspertizalar təyin edilərək icraya yönəldilmiş və təxirəsalınmaz zəruri istintaq hərəkətləri həyata keçirilmişdir.

Hazırda istintaq davam etdirilir və qanunvericiliyin tələblərinə uyğun olaraq bütün tədbirlərin görülməsi təmin olunacaqdır.

Teqlər:

"H\u0259rbi Prokurorluq: H\u0259rbi qulluq\u00e7unun \u00f6z\u00fcn\u00fc \u00f6ld\u00fcrm\u0259si fakt\u0131 \u00fczr\u0259 cinay\u0259t i\u015fi ba\u015flan\u0131l\u0131b"

Əlaqəli Xəbərlər