Menyu

Azərbaycan Ordusunda daşqaldırma birinciliyi keçirilib - VİDEO

Nərmin Qocamanlı
Azərbaycan Ordusunda daşqaldırma birinciliyi keçirilib - VİDEO

Müdafiə nazirinin təsdiq etdiyi 2024-cü ilin hazırlıq planına uyğun olaraq, Azərbaycan Ordusunun Təlim və Tədris Mərkəzində hərbi qulluqçular arasında daşqaldırma birinciliyi keçirilib.
Müdafiə Nazirliyindən "Operativ Media"ya verilən məlumata görə, əvvəlcə xalqımızın Ümummilli Lideri Heydər Əliyevin, eləcə də ölkəmizin suverenliyi və ərazi bütövlüyü uğrunda şəhid olanların xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Hərbi orkestrin müşayiəti ilə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.
Birinciliyə start verilməmişdən öncə komandaların püşkatma mərasimi keçirilib, yarışın məqsədi və təhlükəsizlik qaydaları çatdırılıb. Hərbi qulluqçular arasında idmana olan marağın daha da artırılması məqsədilə keçirilən bu cür yarışların əhəmiyyəti xüsusi vurğulanıb.
Birdən və təkanla qaldırma üzrə keçirilən yarışda 39 nəfər hərbi qulluqçu 6 çəki dərəcəsində mübarizə aparıb.
Ümumilikdə doqquz komandanın iştirak etdiyi birincilikdə yekun nəticələrə əsasən, “Quru Qoşunları" komandası birinci, "Hərbi Hava Qüvvələri" komandası ikinci, "Hərbi Dəniz Qüvvələri" komandası isə üçüncü yerdə qərarlaşıb.
Sonda qaliblərə fəxri fərman, diplom və kuboklar təqdim edilib, xatirə şəkli çəkdirilib.

Genitor

İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.

restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net
Genitor

Fotogalereya

Əlaqəli Xəbərlər