Ana səhifə / Ölkə / Ülvi Həsənlinin həbs müddəti uzadılıb Ülvi Həsənlinin həbs müddəti uzadılıb 14.03.2024, 12:32 Nərmin Qocamanlı “Abzas media”-nın direktoru Ülvi Həsənlinin həbs müddəti uzadılıb. "Operativ Media" xəbər verir ki, qərar Bakı şəhəri Xətai Rayon Məhkəməsində qəbul olunub. Qərara əsasən, onun barəsində olan həbs qətimkan tədbiri daha 2 ay 29 gün uzadılıb. Qeyd edək ki, ötən il noyabrın 20-də onun barəsində 4 aylıq həbs qətimkan tədbiri seçilmişdi. Ü.Həsənli Cinayət Məcəlləsinin 206.3.2-ci (qaçaqmalçılıq) maddəsi ilə təqsirli bilinir. Teqlər: "\u00dclvi H\u0259s\u0259nlinin h\u0259bs m\u00fcdd\u0259ti uzad\u0131l\u0131b"