Ana səhifə / Cəmiyyət / Tovuzda 34 yaşlı qadın dəm qazından zəhərlənib Tovuzda 34 yaşlı qadın dəm qazından zəhərlənib 12.12.2022, 21:58 Tovuzda zəhərlənmə faktı qeydə alınıb. "Operativ Media" APA-nın yerli bürosuna istinadən xəbər verir ki, hadisə rayonun Bozalqanlı kəndində qeydə alınıb. 1988-ci il təvəllüdlü Gülüzar Məmmədova zəhərlənmə diaqnozu ilə xəstəxanaya yerləşdirilib, vəziyyətinin kafi olduğu bildirilir. Məlumata görə, 34 yaşlı qadın yaşadığı evin vanna otağında dəm qazından zəhərlənib.