Menyu

Azərbaycan Özbəkistana 2 321 ton benzin tədarük edib

Nərmin Qocamanlı
Azərbaycan Özbəkistana 2 321 ton benzin tədarük edib

Azərbaycan ötən ilin sonunda Özbəkistana Aİ-92 markalı benzin tədarük etməyə başlayıb.

"Operativ Media" xəbər verir ki, bu barədə Dövlət Statistika Komitəsi məlumat yayıb.

Özbəkistana 2 321 ton və ya 1 mln. 510 min ABŞ dollarında benzin  tədarük edilib. Benzinin bir tonu 650 dollara ixrac edilib ki, bu da 1 106 manat təşkil edir.

Ümumilikdə, 2023-cü ildə Azərbaycan xaricə 33 112 ton və ya 23,01 milyon dollar dəyərində benzin satıb.

Teqlər:

"Az\u0259rbaycan \u00d6zb\u0259kistana 2 321 ton benzin t\u0259dar\u00fck edib"

Əlaqəli Xəbərlər