Menyu

Asiya Parlament Assambleyasının 14-cü plenar sessiyası başa çatıb

Nərmin Qocamanlı
Asiya Parlament Assambleyasının 14-cü plenar sessiyası başa çatıb

Fevralın 23-də Bakının ev sahibliyi etdiyi Asiya Parlament Assambleyasının 14-cü plenar sessiyası öz işini başa çatdırıb.

"Operativ Media" xəbər verir ki, “Asiyada dayanıqlı inkişaf naminə regional əməkdaşlığın gücləndirilməsi” mövzusuna həsr olunmuş sessiyada 40-dək ölkənin parlament nümayəndə heyəti, o cümlədən 10-a yaxın ölkənin spikeri iştirak edib.

Plenar sessiyanın ikinci günündə Asiya Parlament Assambleyasının daimi komitələrinin hesabat məruzələri dinlənilib. Sonra Bəhreyn, İraq, Qətər, Rusiya Azərbaycanın sədrlik etdiyi Asiya Parlament Assambleyasının 2024-cü il üçün sədr müavinləri qismində seçilib.

Daha sonra Ərəb Parlamentləri Baş Katibləri Assosiasiyasının (ASGAP) Asiya Parlament Assambleyasına müşahidəçi statusu məsələsinə baxılıb.

Asiya Parlament Assambleyasının 14-cü sessiyasının sonunda Bakı Bəyannaməsi və Assambleyanın yekun hesabatı qəbul edilib.

Teqlər:

"Asiya Parlament Assambleyas\u0131n\u0131n\u00a014-c\u00fc plenar sessiyas\u0131 ba\u015fa \u00e7at\u0131b"

Əlaqəli Xəbərlər