Menyu

Xarici dövlətlərin hərbi attaşeləri AMEA-da olublar

Nərmin Qocamanlı
Xarici dövlətlərin hərbi attaşeləri AMEA-da olublar

2024-cü ilin təsdiq edilmiş fəaliyyət planına əsasən, ölkəmizdə akkreditə olunan xarici dövlətlərin hərbi attaşeləri üçün Azərbaycan Milli Elmlər Akademiyasına tanışlıq səfəri təşkil olunub.

"Operativ Media" xəbər verir ki, bu barədə Müdafiə Nazirliyi məlumat yayıb.

Hərbi attaşelik aparatının nümayəndələri Azərbaycan Milli Elmlər Akademiyası Rəyasət Heyətinin binası (“İsmailiyyə” binası) ilə tanış olublar.

AMEA-nın prezidenti akademik İsa Həbibbəyli qonaqlara akademiyanın yaranma tarixi və fəaliyyəti haqqında məlumat verib.

Hərbi attaşelər tədbirin təşkilinə və göstərilən diqqətə görə minnətdarlıqlarını bildiriblər.

Teqlər:

"Xarici d\u00f6vl\u0259tl\u0259rin h\u0259rbi atta\u015fel\u0259ri AMEA-da olublar"

Əlaqəli Xəbərlər