Lökbatanda yük avtomobilindən 12 min manat oğurlanıb
Nərmin Qocamanlı
Fevralın 12-də Lökbatan qəsəbəsi ərazisində yük avtomobilindən içərisində sənədlər, 100 manat, 6400 ABŞ dolları, 350 Avro və 10000 lirə olan çantanın qeyri-aşkar şəraitdə oğurlanması barədə Qaradağ RPİ-nin 10-cu Polis Şöbəsinə məlumat daxil olub.
DİN mətbuat xidmətindən "Operativ Media"ya verilən məlumata görə, polis əməkdaşlarının keçirdikləri tədbirlərlə oğurluq əməlini törətməkdə şübhəli bilinən Mahir Ağayev müəyyən olunaraq saxlanılıb.
Araşdırma aparılır.
Teqlər:
"L\u00f6kbatanda y\u00fck avtomobilind\u0259n 12 min manat o\u011furlan\u0131b"