Ana səhifə / Cəmiyyət / Şəmkirdə sirkə turşusu içən qadın zəhərlənib Şəmkirdə sirkə turşusu içən qadın zəhərlənib 11.12.2022, 09:09 Şəmkirdə zəhərlənmə faktı qeydə alınıb. "Operativ Media" APA-nın yerli bürosuna istinadən xəbər verir ki, hadisə rayonun Keçili kəndində baş verib. 1991-ci il təvəllüdlü N.Qurbanova zəhərlənmə diaqnozu ilə xəstəxanaya yerləşdirilib. Qadına tibbi yardım göstərilib, vəziyyətinin ağır olduğu bildirilir. Məlumata görə, qadın ailədə mübahisə etdikdən sonra sirkə turşusu içib. Faktla bağlı araşdırma aparılır.
08.06.2026, 16:45 Ceyhun Bayramov Türkiyə və Gürcüstan XİN rəhbərlərini Ermənistanla normallaşma prosesi barədə məlumatlandırıb