Ana səhifə / Cəmiyyət / 12 yaşlı qız yolka qurarkən 6-cı mərtəbədən yıxılaraq ölüb 12 yaşlı qız yolka qurarkən 6-cı mərtəbədən yıxılaraq ölüb 11.12.2022, 09:02 Bakının Nərimanov rayonunda 12 yaşlı qız bədbəxt hadisə nəticəsində ölüb. "Operativ Media" xəbər verir ki, hadisə Əliyar Əliyev küçəsi ev 26-da qeydə alınıb. Belə ki, 2010-cu il təvəllüdlü Mirzəzadə Fərəh Vüqar qızı yaşadığı binanın 6-cı mərtəbəsində yerləşən mənzildə yeni il üçün dekorasiya qururmuş. Həmin vaxt o, pəncərədən yıxılıb. O, aldığı xəsarətlərdən hadisə yerində ölüb. Faktla bağlı hüquq mühafizə orqanın əməkdaşları tərəfindən araşdırma aparılır.