Menyu

Görünüş məsafəsi 100-500 metrədək məhdudlaşıb - FAKTİKİ HAVA

Nərmin Qocamanlı
Görünüş məsafəsi 100-500 metrədək məhdudlaşıb - FAKTİKİ HAVA

Fevralın 21-i saat 16:00-a olan məlumata əsasən Azərbaycanın şimal və şərq rayonlarında yağıntılı hava şəraiti müşahidə olunur.

"Operativ Media" xəbər verir ki, bu barədə Milli Hidrometerologiya Xidməti məlumat yayılıb.

Bildirilib ki, Bakıda və Abşeron yarımadasında, Qəbələ, Oğuz, Şəki, İsmayıllı, Şamaxı, Qobustan, Quba, Qusar, Şabran, Lənkəran rayonlarında hazırda yağıntılı hava şəraiti davam edir.

Tərtər, Lerik, Naftalan, Gəncə, Şəmkir, Oğuz, Qəbələ, Şəki, Qax, Şamaxı, Qobustan, Quba, Qusarda duman müşahidə olunur. Görünüş məsafəsi 100-500 metrədək məhdudlaşıb.

Havanın temperaturu Bakıda və Abşeron yarımadasında 5, Naxçıvan MR-da 6-10, Aran rayonlarında 4-8 dərəcə isti, dağlıq rayonlarda 1-6 dərəcə şaxtadır.

Teqlər:

"G\u00f6r\u00fcn\u00fc\u015f m\u0259saf\u0259si 100-500 metr\u0259d\u0259k m\u0259hdudla\u015f\u0131b - FAKT\u0130K\u0130 HAVA"

Əlaqəli Xəbərlər