Ötən il ölkədə 742 milyon manatdan çox dövlət vəsaitinə qənaət edilib
Nərmin Qocamanlı
Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti tərəfindən dövlət satınalmaları sahəsində görülən maarifləndirmə və nəzarət tədbirlərinin nəticəsi olaraq 2023-cü ildə 742,4 mln. manat dövlət vəsaitinə qənaət edilib.
"Operativ Media" xəbər verir ki, bu barədə Dövlət Xidməti məlumat yayıb.
Qeyd edilib ki, bu göstəricinin həcmi əvvəlki illə müqayisədə 17% artıb. Belə ki, 2022-ci ildə bu göstəricinin həcmi 634.4 mln. manat idi.
Bildirilib ki, 2022-ci il illə müqayisədə ötən il qənaət edilmiş məbləğdə açıq tender üzrə 13%, təkliflər sorğusu üzrə 41% artıma nail olunub.
Teqlər:
"\u00d6t\u0259n il \u00f6lk\u0259d\u0259 742 milyon manatdan \u00e7ox d\u00f6vl\u0259t v\u0259saitin\u0259 q\u0259na\u0259t edilib"