Menyu

İndoneziyada polis idarəsində terror aktı törədilib

Nərmin Qocamanlı
İndoneziyada polis idarəsində terror aktı törədilib

İndoneziyanın Bandunq şəhərində polis idarəsində terror aktı törədilib.

"Operativ Media" “Reuters"ə istinadən xəbər verir ki, hadisə nəticəsində 2 nəfər həyatını itirib, 8 nəfər yaralanıb. 

İndoneziya antiterror agentliyinin rəsmisi yerli mediaya verdiyi açıqlamada hücumun arxasında İŞİD terror təşkilatına beyət edən İndoneziyada yerləşən Jemaah Ansharut Daulah (JAD) qruplaşmasının ola biləcəyini bildirib.

Hadisə yerindən tapılan motosikletdə İndoneziya parlamentinin çərşənbə axşamı təsdiqlədiyi yeni cəza məcəlləsini rədd edən mesajın olduğu deyilir.

Qeyd edək ki, İndoneziya parlamenti ötən gün nikahdan kənar və nikahdan əvvəl cinsi əlaqə, həmçinin nikahsız cütlüklərin birgə yaşamasını qadağan edən qanunu təsdiqləyib.

 

 

Genitor

İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.

restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net
Genitor

Əlaqəli Xəbərlər