Menyu

Qurban Qurbanov "Qarabağ"la 400-ə çatdı

Əziz Əzizli
Qurban Qurbanov "Qarabağ"la 400-ə çatdı

"Qarabağ” Qurban Qurbanovun baş məşqçiliyi altında 400-cü qələbəsini qazanıb.

"Operativ Media" PFL-in saytına istinadən xəbər verir ki, bu, Azərbaycan Kubokunun 1/4 final mərhələsinin ilk oyununa təsadüf edib.

Ağdamlılar səfərdə “Sabah”ı 7:1 hesabı ilə məğlubiyyətə uğradıb. 2008-ci ilin yayından “Qarabağ”ın baş məşqçisi olan Qurbanovla ilk uğur 2008/09 mövsümündə qeydə alınıb.

Həmin vaxt bölgə təmsilçisi Premyer Liqanın “Bakılı” ilə görüşündə 2:1 hesabı ilə qalib gəlib. 

Qeyd edək ki, “Sabah” üzərində qələbə “Qarabağ”ın mövsümdə 25-ci uğuru olub. Qurbanovun komandası Premyer Liqada 15, avrokuboklarda 8, ölkə kubokunda 2 dəfə rəqiblərinə qalib gəlib.

Teqlər:

"Qurban Qurbanov \"Qaraba\u011f\"la 400-\u0259 \u00e7atd\u0131"

Əlaqəli Xəbərlər