Burkina-Fasoda qızıl mədənində torpaq sürüşməsi nəticəsində 4 nəfər həlak olub
Nərmin Qocamanlı
Burkina-Fasonun qərbində kiçik miqyaslı qeyri-qanuni qızıl mədənində torpaq sürüşməsi nəticəsində 4 nəfər həlak olub.
"Operativ Media" xəbər verir ki, bu barədə Burkina Faso Xəbər Agentliyi məlumat yayıb.
Xəbərə görə, qeyri-qanuni fəaliyyət göstərən qızıl mədənində torpaq sürüşməsi baş verib.
Hadisə nəticəsində yaşları 18-24 arasında olan 4 nəfər ölüb.
Mədənin bir müddət əvvəl təhlükəsizlik riski səbəbindən bağlandığı, lakin qeyri-qanuni fəaliyyət göstərdiyi bildirilib/
Qeyd edək ki, bundan öncə ölkənin Namentenqa əyalətinin şimalında qızıl mədənində torpaq sürüşməsi nəticəsində 27 nəfər həlak olmuşdu.
İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.
›
restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net