Ana səhifə / İdman / "Sumqayıt" - "Neftçi" oyununun biletləri satışa çıxarılır "Sumqayıt" - "Neftçi" oyununun biletləri satışa çıxarılır 30.01.2024, 10:56 Əziz Əzizli Azərbaycan Premyer Liqasının 21-ci turu çərçivəsində keçiriləcək "Sumqayıt" - "Neftçi" oyununun biletləri bu gün satışa çıxarılacaq. "Operativ Media" xəbər verir ki, bu haqda klubun mətbuat xidməti məlumat yayıb. Biletləri bu gün saat 15:00-dan etibarən İticket.az saytından, həmçinin Sumqayıtda yerləşən 1 saylı Asan xidmətdən əldə etmək mümkün olacaq. Qeyd edək ki, "Sumqayıt" - "Neftçi" matçı yeni tikilən Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionunda keçiriləcək. Teqlər: "\"Sumqay\u0131t\" - \"Neft\u00e7i\" oyununun biletl\u0259ri sat\u0131\u015fa \u00e7\u0131xar\u0131l\u0131r"