Menyu

Qurban Qurbanova millinin baş məşqçi postu üçün təklif göndərilib? - AÇIQLAMA

Əziz Əzizli
Qurban Qurbanova millinin baş məşqçi postu üçün təklif göndərilib? - AÇIQLAMA

"Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov Azərbaycan millisinin boş qalan baş məşqçi postu üçün ona təklif gəlib-gəlmədiyindən danışıb.

"Operativ Media" xəbər verir ki,  "İctimai" TV-də yayımlanan "Bol İdman" verilişində qonaq olan baş məşqçi bu məsələyə də toxunub 

Qurban Qurbanov boş qalan millinin baş məşqçi postu üçün onunla əlaqə saxlanılmadığını bildirib 

"Mənimlə heç kim əlaqə saxlamayıb. Mənə heç bir təklif olunmayıb. Amma bu məsələ hardan qaynaqlanır bilmirəm. Siyasi xoddur, siyasi addımdır bilmirəm. Mənim heç kimlə danışığım olmayıb, görüşüm olmayıb. Ümumiyyətlə milli komanda müzakirəsi olunmayıb. Mənim də məsələn eşitdiyimə görə milli komandada yerli məşqçi olmamalıdır, sanki legioner məşqçi olmalıdır. Belə yazılar da gedib deyəsən və ona görə işçi qrupu yaranıb. Yenə eyni quruma aiddir milli məsələsi. Eyni insanlar orada iştirak edir. Bilmirəm nə cür müzakirələr olunur. Sonda yenə qərarı oradakı insanlar verəcəklər".

Teqlər:

"Qurban Qurbanova millinin ba\u015f m\u0259\u015fq\u00e7i postu \u00fc\u00e7\u00fcn t\u0259klif g\u00f6nd\u0259rilib? - A\u00c7IQLAMA"

Əlaqəli Xəbərlər