Menyu

Qurban Qurbanov millidən necə getdiyini açıqladı

Əziz Əzizli 1254 baxış
Qurban Qurbanov millidən necə getdiyini açıqladı

"Qarabağ" klubunun baş məşqçisi Qurban Qurbanov Azərbaycan millisindən necə getdiyindən danışıb.

"Operativ Media" xəbər verir ki, "İctimai" TV-də yayımlanan "Bol İdman" verilişinin qonağı olan baş məşqçi bəzi məsələlərə toxunub. O, millidən getməsini belə açıqlayıb.

"Getdiyim yerdən bir o qədər danışmaq istəmirəm. Mən millidən niyə ayrıldım? Bəli, ilk 6 illik müqavilə olmalıydı, amma 3 illik müqavilə bağladıq. Millidən getməyim də, belə deyək, mən getmədim, sadəcə son icraiyyə komitəsinin iclasında müzakirəyə çıxarıldı bu məsələ. Bilirsiz, müzakirə olunanda mən orada olmadım. Mən milli komandaya gələndə icraiyyə komitəsindən kənarda qaldım, çünki belə bir qanun var ki, mənsiz müzakirə olunmalıdır. Eyniylə də, mənim işim müzakirə olunanda yenə də, mənsiz müzakirə olundu və sonra bildirildi ki, biz səninlə yolları ayırırıq".

Genitor

İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.

restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net
Genitor

Əlaqəli Xəbərlər