Ana səhifə / Dünya / Qəzzada ölənlərin sayı artıb Qəzzada ölənlərin sayı artıb 26.01.2024, 12:21 Nərmin Qocamanlı İsrailin zərbələri nəticəsində ötən ilin oktyabrın 7-dən bəri Qəzza zolağında ölənlərin ümumi sayı 26 083-ə çatıb. "Operativ Media" xəbər verir ki, bu barədə Fələstin Səhiyyə Nazirliyi məlumat yayıb. Bildirilib ki, İsrailin Qəzzada əməliyyatları nəticəsində yaralıların sayı 64 487-ə yüksəlib.