Ana səhifə / Dünya / İran Prezidenti: Türkiyə ilə münasibətləri daha yüksək səviyyələrə çatdırmaq istəyirik İran Prezidenti: Türkiyə ilə münasibətləri daha yüksək səviyyələrə çatdırmaq istəyirik 24.01.2024, 20:52 "Türkiyə ilə uzun illərdir yaxşı əlaqələrimiz var və bundan sonra bu əlaqələri daha yüksək səviyyələrə çatdırmaq istəyirik". "Operativ Media" xəbər verir ki, bunu İran prezidenti İbrahim Rəisi Türkiyəyə səfəri çərçivəsində deyib. İran prezidenti İbrahim Rəisi Türkiyə xalqının Fələstinlə bağlı zülmə qarşı mövqeyinin və dəstəyinin təqdirəlayiq olduğunu bildirib. Rəisi çıxışında qeyd edib: "Prezident Ərdoğanla Fələstin məsələsi və Fələstin xalqının onlara veriləcək haqqları mövzusunda həmfikirik".