Ana səhifə / Ölkə / Bakıda hazırda sıxlıq müşahidə olunan yollar açıqlanıb Bakıda hazırda sıxlıq müşahidə olunan yollar açıqlanıb 23.01.2024, 08:33 Əziz Əzizli Bakının bir sıra yollarında tıxac yaranıb. "Operativ Media" xəbərinə görə, bu barədə Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi məlumat yayıb. Hazırda: 1. Heydər Əliyev prospekti əsas yol, mərkəz istiqamətində; 2. Ziya Bünyadov prospekti, Olimpiya stadionunun qarşısından "20 Yanvar" metrostansiyası istiqamətində; 3. Alı Mustafayev küçəsi, Ziya Bünyadov prospekti istiqamətində; 4. Bakı-Sumqayıt şosesi, "20 Yanvar" metrostansiyası istiqamətində; 5. Binəqədi şosesi, "Azadlıq Prospekti" metrostansiyası istiqamətində; 6. Tbilisi prospekti, "20 Yanvar" metrostansiyasından mərkəz istiqamətində; 7. Koroğlu Rəhimov küçəsi, Gülarə Qədirbəyova küçəsindən ak. Həsən Əliyev küçəsi istiqamətində; 8. Xətai prospekti, Heydər Əliyev prospekti istiqamətində; 9. 28 May küçəsi, Puşkin küçəsi ilə kəsişmədən Rəşid Behbudov küçəsi ilə kəsişməyə qədər; 10. Neftçilər prospekti, Azneft dairəsi istiqamətində; 11. Rəşid Behbudov küçəsi, Mərkəzi Bank istiqamətində; 12. Dilarə Əliyeva küçəsi, Puşkin küçəsi ilə kəsişmədən Rəşid Behbudov küçəsi ilə kəsişməyə qədər; 13. Bülbül prospekti, "Sahil" metrostansiyasının qarşısında; 14. Niyazi küçəsi, Azneft dairəsi istiqamətində sıxlıq müşahidə olunur. Teqlər: "Bak\u0131da haz\u0131rda s\u0131xl\u0131q m\u00fc\u015fahid\u0259 olunan yollar a\u00e7\u0131qlan\u0131b"