Ana səhifə / Cəmiyyət / Gəncədə yol-nəqliyyat hadisəsi baş verib, 2 nəfər xəsarət alıb Gəncədə yol-nəqliyyat hadisəsi baş verib, 2 nəfər xəsarət alıb 30.11.2022, 21:53 Gəncədə yol-nəqliyyat hadisəsi baş verib. "Operativ Media" xəbər verir ki, hadisə şəhərin Nizami Gəncəvi prospektində qeydə alınıb. Hərəkətdə olan “Chevrolet” və “VAZ 2107” markalı minik avtomobilləri toqquşub. Qəza zamanı 2 nəfər xəsarət alaraq xəstəxanaya yerləşdiriliblər. Faktla bağlı araşdırma aparılır.