Rusiyanı tərk edən Qərb şirkətləri 103 milyard dollardan çox itirib
Ukrayna ilə müharibədən sonra Rusiya bazarını tərk edən Qərb şirkətləri 103 milyard dollardan çox itki verib.
"Operativ Media" xəbər verir ki, bu barədə "New York Times" məlumat yayıb.
Yazıda qeyd edilir ki, analitiklər Qərb şirkətlərinin getməsi ilə “Rusiya iqtisadiyyatının boğulacağını” proqnozlaşdırırdılar.
Nəşr bildirib ki, Rusiya Prezidenti Vladimir Putin gözlənilən uğursuzluğu öz xeyirinə dəyişə bilib.
Vurğulanıb ki, əksər xarici şirkətlər yatırılan milyardları itirməmək üçün Rusiyada fəaliyyətini davam etdirirlər.
Bundan əvvəl Putin sanksiyalar nəticəsində təxminən 50 milyard dollar itirildiyini deyib.
O, bu rəqəmin böyük olduğunu bildirsə də sanksiyalar dövləti bəzi məsələlərdə "baş işlətməyə" məcbur edib deyə açıqlama verib.
İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.
›
restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net