Menyu

Dövlət Vergi Xidmətinin xətti ilə dövlət büdcəsinə vergi daxilolmaları artıb

Nərmin Qocamanlı
Dövlət Vergi Xidmətinin xətti ilə dövlət büdcəsinə vergi daxilolmaları artıb

Bu ilin 11 ayında Dövlət Vergi Xidmətinin xətti ilə dövlət büdcəsinə vergi daxilolmalarının həcmi ötən ilin eyni dövrü ilə müqayisədə 4,1% artaraq 15 mlrd. 337,7 mln. manat olub.

"Operativ Media" xəbər verir ki, bu barədə iqtisadiyyat naziri Mikayıl Cabbarov "X"də bildirib.

Bu müddətdə qeyrineft-qaz sektorundan vergi daxilolmaları isə ötən ilin müvafiq dövrü ilə müqayisədə 18,9% artaraq 9 mlrd. 015,8 mln. manat təşkil edib.

"Ölkəmizdə aparılan səmərəli vergi siyasəti qeyri-neft-qaz sektorundan vergi daxilolmalarının yüksək dinamikasını təmin etməklə dayanıqlı iqtisadi artıma əhəmiyyətli töhfə verir", - nazir qeyd edib.

Genitor

İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.

restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net
Genitor

Əlaqəli Xəbərlər