Ana səhifə / Cəmiyyət / Şəmkirdə minik avtomobili maneəyə çırpılıb Şəmkirdə minik avtomobili maneəyə çırpılıb 22.11.2022, 21:14 Şəmkirdə iki nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. "Operativ Media" xəbər verir ki , hadisə rayonun Sərxan kəndində qeydə alınıb. Hərəkətdə olan “Mercedes” markalı minik maşını idarəetmədən çıxaraq yol kənarındakı maneəyə çırpılıb. Qəza zamanı xəsarət alan 2 nəfər xəstəxanaya yerləşdirilib. Yaralıların vəziyyətinin kafi olduğu bildirilir. Faktla bağlı araşdırma aparılır.