Ana səhifə / İdman / "Qalatasaray" "Bolonya"nın argentinalı futbolçusunu istəyir "Qalatasaray" "Bolonya"nın argentinalı futbolçusunu istəyir 30.08.2023, 12:03 Əziz Əzizli "Qalatasaray" daha bir futbolçunun keçidini tamamlamaq üzrədir. "Operativ Media" xəbər verir ki, "sarı-qırmızılı" klub "Bolonya"nın 25 yaşlı argentinalı futbolçusu Nikolas Domingezi heyətinə qatmaq istəyir. "Qalatasaray" sentyabrın 1-dən sonra "Bolonya"ya 10 milyon avroluq təklif edərək bu transferi tamamlamağı hədəfləyir. Argentinalının 1 illik müqaviləsi olduğundan İtaliya komandasının bu təklifi qəbul edəcəyi gözlənilir. Teqlər: "\"Qalatasaray\" \"Bolonya\"n\u0131n argentinal\u0131 futbol\u00e7usunu ist\u0259yir"