Menyu

Azərbaycanın 8 cüdoçusu Sindao Qran-Prisində mübarizəyə başlayır

Operativ Media
Azərbaycanın 8 cüdoçusu Sindao Qran-Prisində mübarizəyə başlayır

Bu gün Çinin Sindao şəhərində cüdo üzrə Qran-Pri turnirinə start veriləcək.

Operativ Media xəbər verir ki, yarışın ilk günündə Azərbaycan millisinin 8 cüdoçusu dörd çəki dərəcəsində tatamiyə çıxacaq.

Kişilər arasında 60 kq çəki dərəcəsində Əhməd Yusifov ukraynalı Dilşot Xalmatovla, Balabəy Ağayev isə digər ukraynalı idmançı Artem Lesyukla üz-üzə gələcək.

66 kq-da Tofiq Məmmədov ilk görüşündə çinli Lin Çenqlə qarşılaşacaq. Ruslan Paşayev isə 1/16 finalda türkiyəli Salih Yıldız – çinli Ziyanq Şüe cütünün qalibi ilə mübarizə aparacaq.

Qadınların yarışında 48 kq çəki dərəcəsində Könül Əliyeva ispaniyalı Jana Sid Balselslə, Şəfəq Həmidova isə qazaxıstanlı Abiba Abujakınova ilə qarşılaşacaq.

52 kq-da Gültac Məmmədəliyeva polşalı Kinqa Klimçakla, Leyla Əliyeva isə Aleksandra Kaleta ilə qüvvəsini sınayacaq.

Təsnifat mərhələsi Bakı vaxtı ilə saat 05:00-da, final bloku isə saat 13:00-da başlayacaq. Yarış Judo TV və CBC Sport telekanalı vasitəsilə canlı yayımlanacaq.

Genitor

İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.

restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net
Genitor

Əlaqəli Xəbərlər