"Latsio" "Marsel"in yarımmüdafiəçisini transfer edir
Əziz Əzizli
“Marsel”in yarımmüdafiəçisi Matteo Gunduzi “Latsio”ya keçməyə yaxındır.
"Operativ Media" xəbər verir ki, Roma təmsilçisi 24 yaşlı futbolçunu 12 milyon+5 milyon avro bonus müqabilində məcburi satınalma şərti ilə icarəyə götürmək istəyir. Eyni zamanda, Liqa 1 klubu futbolçunun sonrakı satışından 10 faiz qazanc əldə edə bilər.
Gunduzi 2021-ci ildən “Marsel”də oynayır. O, ötən mövsümdə bütün turnirlər daxil olmaqla 43 oyuna çıxıb, beş qol vurub və eyni sayda məhsuldar ötürmə edib.
Teqlər:
"\"Latsio\" \"Marsel\"in yar\u0131mm\u00fcdafi\u0259\u00e7isini transfer edir"