Menyu

Benzema dizindən zədələndi

Əziz Əzizli
Benzema dizindən zədələndi

"Əl-İttihad"ın hücumçusu Kərim Benzema Səudiyyə Ərəbistanı çempionatının 4-cü turu çərçivəsində keçirilən matçda - "Əl-Vahda" ilə oyunda (3:0) zədələnib.

"Operativ Media" xəbər verir ki, Əlcəzair əsilli fransalı forvard Məkkədəki görüşün 42-ci dəqiqəsində əvəzlənib.

Onun dizaltı vətərlərinin xəsarət aldığı ehtimal edilir.

Benzema bu yay "Real Madrid"dən azad agent qismində ayrılaraq "Əl-İttihad"la müddəti 2026-cı ilə qədər olan müqavilə bağlayıb. Onun komandası cari mövsüm çıxdığı bütün çempionat oyunlarını qələbə ilə başa vurub. Dörd qarşılaşmadan üçündə meydanda olan Kərim 1 qol və 3 məhsuldar ötürmə ilə yadda qalıb.

Genitor

İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.

restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net
Genitor

Əlaqəli Xəbərlər