İnfeksionist: Koronavirusun yeni versiyasının ölkəmizdə yayılması istisna deyil
Redaksiya
Elmi adı EG.5.1 olan Eris virusu Covid-19-un mutasiyaya uğramış yeni versiyasıdır. İyul ayında ortaya çıxdığı açıqlansa da, daha da erkən olduğu düşünülür. Eris virusunun yayılma sürəti dünyada artmağa davam edir, buna baxmayaraq, hələ həyəcanverici bir səviyyədə deyil.
İnfeksionist həkim Sadiqə Əliyeva "Operativ Media"ya bildirib ki, bu, koronavirusun digər mutasiya forması olan omikronun alt variantlarından biridir:
"Simptomlarına görə, demək olar ki, ondan heç bir fərqi yoxdur. Eris variantına yoluxmuş xəstələrdə boğaz və baş ağrısı, əzələ-oynaq ağrıları, burun tutulması, asqırma, öskürmə, qızdırma kimi əlamətlər nəzərə çarpır. Digər ölkələrdə bu virusa yoluxanların sayında artım müşahidə olunsa da, xəstəxanada yatanların sayı çoxluq təşkil etmir".
Həkim virusdan qorunma yollarının əsasən gigiyenanın qorunmasından başladığını qeyd edib:
"Təmizliyə riayət ilk növbədədir. Daimi olaraq əllər yuyulmalı və dezinfeksiya olunmalıdır. Xəstəlik əlaməti hiss edilən biri ilə təmasda olunan zaman maskadan istifadə etmək məsləhət görülür. Bu insanın həm özünü, həm də digərlərini qorumaq üçün vasitədir ki, həm də yoluxma sayında da artıma imkan verməz".
S.Əliyevə əlavə edib ki, ölkəmizdə EG.5.1 virusu qeydə alınmayıb, lakin qonşu ölkələrdə olması bizdə olmayacağını istisna etmir.
Sevinc İbrahimzadə
Teqlər:
"\u0130nfeksionist: Koronavirusun yeni versiyas\u0131n\u0131n \u00f6lk\u0259mizd\u0259 yay\u0131lmas\u0131 istisna deyil"