“Neftçi” PFK İsmayıl Zülfüqarlı ilə müqavilənin müddətini uzadıb.
"Operativ Media" xəbər verir ki, bu haqda klubun mətbuat xidməti məlumat yayıb. 22 yaşlı yarımmüdafiəçi ilə 2023/24-cü illər mövsümünün sonunda bitməli olan anlaşma daha 1 illiyə artırılıb.
Qeyd edək ki, “Neftçi”nin yetirməsi olan Zülfüqarlı əsas komandada keçirdiyi 5 mövsüm ərzində 63 oyunda meydana çıxıb, 4 qola imza atıb.
Teqlər:
"\"Neft\u00e7i\" yerli futbol\u00e7usu il\u0259 m\u00fcqavil\u0259ni uzatd\u0131"