"Neftçi” Debretsendə 1/4 finala yüksəldi
Əziz Əzizli
Macarıstanda təşkil olunan 3x3 basketbolu üzrə Dünya Qadın Seriyasının Debretsen mərhələsinin qrup oyunları keçirilib.
"Operativ Media" xəbər verir ki, "Neftçi" ilk qrup oyununda Ukrayna millisi ilə üz-üzə gəlib və rəqibini 22:6 hesabı ilə məğlub edib.
"Neftçi"nin qrupdakı sonuncu oyunu ABŞ-ın U-24 seçməsinə qarşı olub. Rəqibini 21:9 hesabı ilə məğlub edən Azərbaycan komandası qrup lideri kimi 1/4 finala yüksəlib.
"Neftçi" nin 1/4 final oyunu, sabah Bakı vaxtı ilə saat 21:10-da D qrupunu ikinci sırada tamamlamış kollektivə qarşı baş tutacaq.
İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.
›
restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net