Menyu

FİFA İspaniya Futbol Federasiyası prezidenti ilə bağlı qərar verdi

Əziz Əzizli
FİFA İspaniya Futbol Federasiyası prezidenti ilə bağlı qərar verdi

FİFA, Qadınlar arasında Dünya Kuboku çempionatından sonra Cenni Hermosonu dodaqlarından öpən İspaniya Futbol Federasiyasının prezidenti Luis Rubialesi istintaq səbəbilə 90 gün müddətinə futboldan uzaqlaşdırıb.

"Operativ Media" xəbər verir ki, FİFA İspaniya Futbol Federasiyasının prezidenti Luis Rubialesin istintaq tamamlanana qədər "ilkin olaraq 90 gün" futbolla bağlı bütün fəaliyyətlərindən uzaqlaşdırıldığını açıqlayıb.

FİFA Luis Rubialesə müvəqqəti cəza versə də, istintaqın nəticəsinə görə cəza dəyişdiriləcək.

 Mövzu ilə bağlı edilən açıqlamada "Bu gündən qüvvəyə minən bu qərar ilkin olaraq 90 gün müddətində  və cənab Luis Rubialesə qarşı avqustun 24-də açılan istintaq başa çatana qədər davam edəcək” deyə bildirilib.

Genitor

İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.

restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net
Genitor

Əlaqəli Xəbərlər