Ana səhifə / Cəmiyyət / Ağstafada iki nəfər dəm qazından zəhərlənib Ağstafada iki nəfər dəm qazından zəhərlənib 13.11.2022, 11:45 Nərmin Qocamanlı Ağstafa rayonunun Poylu kəndində iki nəfər dəm qazından zəhərlənib, onlardan biri ölüb. "Operativ Media" xəbər verir ki, dəm qazından zəhərlənərək ölən şəxs 1964-cü il təvəllüdlü Bayramov Mustafa Alı oğludur. Daha bir nəfər isə ağır halda xəstəxanaya yerləşdirilib. Faktla bağlı araşdırma aparılır.