"Sumqayıt" legioner müdafiəçi transfer etdi
Əziz Əzizli
2023/24 mövsümü üçün transfer çalışmalarını davam etdirən “Sumqayıt” FK daha bir futbolçu ilə anlaşıb.
"Operativ Media" xəbər verir ki, "kimyaçılar" son mövsümü İsrailin “Bney Saxnin” klubunda çıxış etmiş Fil Dişi Sahilindən olan futbolçu Abu Dosso ilə 1+1 illik müqavilə imzalayıb. 27 yaşlı cinah müdafiəçisi “12” nömrəli formada çıxış edəcək.
Qeyd edək ki, Abu Dosso peşəkar karyerası ərzində İsrailin “Rişon Lezion”, “Hapoel” (Təl-Əviv) və “Bney Saxnin” klublarında çıxış edib.
İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.
›
restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net