Dünya Kuboku: Azərbaycan şahmatçısı finala çıxa bilməyib
Azərbaycan şahmatçısı Nicat Abasov Bakıda təşkil olunan Dünya Kubokunda finala çıxa bilməyib.
“Operativ Media” xəbər verir ki, 28 yaşlı qrossmeyster yarımfinalda beşqat dünya çempionu, norveçli Maqnus Karlsenə iki oyunun cəmində məğlub olub.
İlk görüşdə rəqibinə uduzan Abasova cavab duelində mütləq qələbə lazım idi. Lakin o, ağ fiqurlarla heç-heçə edib. Ümumi nəticədə 0,5:1,5 hesabı ilə uduzan şahmatçımız avqustun 22-də üçüncü yer uğrunda mübarizə aparacaq.
Qeyd edək ki, Dünya Kubokuna avqustun 24-də yekun vurulacaq.
İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.
›
restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net