Azərbaycan PL: "Qarabağ" "Turan Tovuz"u qəbul edəcək
Əziz Əzizli
Bu gün Azərbaycan Premyer Liqasında II turun növbəti oyunu keçiriləcək.
"Operativ Media" xəbər verir ki, son çempion "Qarabağ" azarkeşləri önündə "Turan Tovuz"u qəbul edəcək. "Azərsun Arena"da keçiriləcək görüşə saat 18:30-da start veriləcək.
"Qarabağ" ilk turda uduzub, "Turan Tovuz" isə qələbə qazanıb.
Bu gün keçirilməli olan "Sumqayıt" - "Sabah" görüşü qonaqların Konfrans Liqasının II təsnifat mərhələsinin "Partizan"la oyuna hazırlaşması səbəbiylə təxirə salınıb.
İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.
›
restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net