Azərbaycanın reytinqinə daha yarım xal yazıldı
Əziz Əzizli
"Qarabağ” və “Sabah” UEFA reytinqində Azərbaycanın aktivinə növbəti xalları yazdırıblar.
"Operativ Media" xəbər verir ki, Ağdam təmsilçisi Avropa Liqasının 3-cü təsnifat mərhələsinin ilk matçında HJK-nı (Finlandiya) 2:1, “bayquşlar” isə Konfrans Liqasında “Partizan”ı (Serbiya) 2:0 hesabı ilə məğlub edərək buna nail olub.
Həmin iki qələbə sayəsində ölkə reytinqinə 0,500 xal əlavə olunub. Son 5 mövsümdəki ümumi xallarının sayı 16,250-yə çatan Azərbaycan reytinqdə 29-cu pillədə qalıb.
Reytinq siyahısına 88,928 xalla İngiltərə başçılıq edir. İspaniya (75,927) ikinci, İtaliya (71.569) isə üçüncü yerdə qərarlaşıb
İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.
›
restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net