Belarus millisinin yeni baş məşqçisi bəlli oldu
Əziz Əzizli
Belarus millisinin yeni baş məşqçisi müəyyənləşib.
"Operativ Media" xəbər verir ki, bu barədə Belarus Futbol Federasiyasının rəsmi saytı məlumat yayıb.
Komandanı ispaniyalı məşqçi Karlos Alos çalışdıracaq. 48 yaşlı mütəxəssislə 2024-cü ilin sonuna qədər müqavilə imzalanıb.
Karlos bu vəzifədə iyunun 30-da istefaya göndərilən Georgi Kondratyevi əvəzləyib.
Qeyd edək ki, Alosun son iş yeri Ruanda millisi olub. O, Belarus komandasına görə bu işinə xitam verib.
İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.
›
restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net