Murad Musayevin jurnalistlər qarşısına çıxacağı tarix bilindi
Əziz Əzizli
UEFA Avropa Konfrans Liqasının III təsnifat mərhələsi çərçivəsində baş tutacaq “Sabah” – “Partizan” qarşılaşmasından öncə keçiriləcək mətbuat konfranslarının və açıq məşqlərin vaxtı müəyyənləşib.
"Operativ Media" xəbər verir ki, "Sabah"ın oyundan öncə təşkil ediləcək mətbuat konfransı avqustun 9-da saat 17:30-da, açıq məşqi (ilk 15 dəqiqəsi mətbuat üçün açıq) isə saat 17:50-də olacaq.
Rəqib komandanın matçdan öncə təşkil ediləcək mətbuat konfransı avqustun 9-da saat 19:30-da, açıq məşqi (ilk 15 dəqiqəsi mətbuat üçün açıq) isə saat 20:00-da keçiriləcək.
Hər iki mətbuat konfransı və açıq məşq “Bank Respublika Arena”da baş tutacaq.
Qeyd edək ki, “Sabah” – “Partizan” oyunu avqustun 10-da saat 20:00-da “Bank Respublika Arena”da keçiriləcək.
İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.
›
restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net