Menyu

UEFA AEK - "Dinamo" oyunu ilə bağlı qərarını açıqladı

Əziz Əzizli
UEFA AEK - "Dinamo" oyunu ilə bağlı qərarını açıqladı

UEFA bu gün təxirə salınan Çempionlar Liqasının III təsnifat mərhələsinin AEK (Yunanıstan) - "Dinamo" (Zaqreb, Xorvatiya) oyunu ilə bağlı qərarını verib.

"Operativ Media" xəbər verir ki, komandalar arasındakı ilk oyun avqustun 15-də Zaqrebdə, cavab görüşü isə 19-da Afinada olacaq. Hər iki oyun azarkeşsiz keçiriləcək.

UEFA dünən Yunanıstanda iki komandanın azarkeşləri arasında kütləvi dava olması və bir fanatın ölümü ilə bağlı bu gün keçirilməli olan görüşü təxirə salmışdı.

"Dinamo"da Azərbaycan yığmasının futbolçusu Mahir Emreli çıxış edir.

Teqlər:

"UEFA AEK - \"Dinamo\" oyunu ilə bağlı qərarını açıqladı"

Əlaqəli Xəbərlər