Azərbaycan millisi beynəlxalq turnirdə iştirak edəcək
Əziz Əzizli
Azərbaycanın 18 yaşadək çimərlik voleybolçuları Latviyada təşkil edilən Şərqi Avropa Zonal Assosiasiyası (EEVZA) çempionatında iştirak edəcəklər.
"Operativ Media" xəbər verir ki, yarışa bu gün start veriləcək.
Riqada baş tutacaq beynəlxalq turnirdə Azərbaycanı Oqtay Qasımov – Camal Cəlilov və Məhəmməd Aslanlı – Nəriman Bayramlıdan ibarət iki komanda təmsil edəcək.
Komandaların baş məşqçisi Cəlil Baxtiozin, meneceri isə Valeriya Romanoviçdir.
Turnir avqustun 9-da başa çatacaq
Teqlər:
"Azərbaycan millisi beynəlxalq turnirdə iştirak edəcək"