Bu gün UEFA Çempionlar Liqasında III təsnifat mərhələsinə start veriləcək.
"Operativ Media" xəbər verir ki, azərbaycanlı hücumçu Mahir Emrelinin formasını geyindiyi "Dinamo" (Zaqreb) səfərdə AEK ilə qarşılaşacaq. Yunanıstanda baş tutacaq görüşə saat 22:45-də start veriləcək.
Türkiyə təmsilçisi "Qalatasaray" Sloveniyada "Olimpiya"nın müqavimətini qırmağa çalışacaq.
II təsnifatda "Qarabağ"ı mübarizədən kənarlaşdıran Polşa "Rakuv"u azarkeşləri önündə Kipr "Aris"ini qəbul edəcək.