Malinovski Marsel “Olimpik”ini tərk etməyə hazırlaşır. Fransa klubundan məmnun olmayan yarımmüdafiəçi “Beşiktaş” və “Torino”dan birinin təklifini qəbul edəcək.
"Operativ Media" xəbər verir ki, 30 yaşlı ukraynalının marsellilərlə daha üç illik müqaviləsi var. Amma həm futbolçu özü getmək istəyir, həm də “Olimpik” yaxşı təklif olacağı təqdirdə solaxay futbolçusunu yola salmaqda maraqlıdır.
Daha çox “Şaxtyor” və “Atalanta”dakı çıxışı ilə məşhurlaşan Ukrayna millisnin üzvünün İtaliyaya qayıtmaq istəyi var. Bu üzdən “Torino” transferdə daha şanslıdır. “Neftçi”nin Konfrans Liqasındakı rəqibi “Beşiktaş” yalnız turinlilər oyunçunu razı sala bilməyəcəyi halda önə keçəcək.