Menyu

"Qarabağ"ın Konfrans Liqasındakı potensial rəqibləri müəyyənləşib

Əziz Əzizli
"Qarabağ"ın Konfrans Liqasındakı potensial rəqibləri müəyyənləşib

"Qarabağ”ın Konfrans Liqasının pley-off mərhələsindəki mümkün rəqibləri müəyyənləşib.

"Operativ Media" xəbər verir ki, Azərbaycan çempionunun Avropa Liqasında HİK-lə (Finlandiya) təşkil etdiyi cütün məğlubu mübarizəni üçüncü dərəcəli turnirdə davam etdirəcək.

Bu cütün potensial rəqiblərindən ikisi Avropa Liqasında III raundun məğlubu, üçü isə Konfrans Liqasında III təsnifat mərhələsinin qalibi olacaq.

“Qarabağ” – HİK cütünün Konfrans Liqasında mümkün rəqibləri:

“Valmiera” (Litva) - “Partizani” (Albaniya) cütünün qalibi.

“Farul” (Rumıniya) - “Flora” (Estoniya) cütünün qalibi.

“Struqa” (Şimali Makedoniya) – “Svift” (Lüksemburq) cütünün qalibi.

Avropa Liqasında “Zrinski” (Bosniya və Herseqovina) - “Breydablik” (İslandiya) cütünün məğlubu.

Avropa Liqasında “Astana” (Qazaxıstan) - “Ludoqorets” (Bolqarıstan) cütünün məğlubu.

Bu gün keçiriləcək Konfrans Liqasının püşkatma mərasimi Bakı vaxtı ilə saat 16:00-da başlayacaq.

Genitor

İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.

restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net
Genitor

Əlaqəli Xəbərlər