Binəqədidə evdən 25 min dollar oğurlayan şəxs saxlanılıb
Nərmin Qocamanlı
Bakıda evdən oğurluq edilib.
DİN-dən "Operativ Media"ya verilən xəbərə görə, Binəqədi RPİ 43-cü Polis Bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində rayon ərazisindəki evlərin birindən 25000 dollar və 200 avro oğurlamaqda şübhəli bilinən Abşeron rayon sakini S.Əliyev saxlanılıb.