"Aris"in baş məşqçisi: "Həm "Rakuv", həm də "Qarabağ " çətin komandadır"
Əziz Əzizli
"Qarabağ" Çempionlar Liqasının II təsnifat mərhələsində "Rakuv"u keçsə, növbəti rəqibi "Aris" (Kipr) olacaq.
"Operativ Media" xəbər verir ki, Kipr təmsilçisinin baş məşqçisi Aleksey Şpilevski II təsnifat mərhələsində BATE-yə (Belarus) qalib gəldikləri (5:3) oyundan sonra növbəti rəqiblərinin kimliyi haqda fikirlərini bölüşüb:
"Həm "Rakuv", həm də "Qarabağ" çətin komandadır. Sizə gözləmədiyiniz bir şey söyləyəcəm. "Rakuv"dan təklif almışdım, amma "Aris"də qalmaq istədim".
"Qarabağ" ilk oyunda "Rakuv"a uduzub - 2:3. Komandalar arasındakı cavab görüşü bu gün saat 20:00-da başlayacaq.
Teqlər:
"\"Aris\"in baş məşqçisi: \"Həm \"Rakuv\" həm də \"Qarabağ \" çətin komandadır\""