Bu gün "Qarabağ"ın Çempionlar Liqasının 3-cü təsnifat mərhələsindəki potensial rəqibi müəyyənləşib.
"Operativ Media" xəbər verir ki, Belarus BATE-si ilə Kipr "Aris"i bu dəfə Macarıstanda üz-üzə gəlib. "Aris" 5:3 hesabı ilə qalib gələrək növbəti mərhələyə yüksəlib. Limasoldakı ilk oyunda da meydan sahibləri rəqibi darmadağın edib - 6:2. "Aris" növbəti raundda "Qarabağ"/ "Rakov" (Polşa) cütünün güclüsü ilə qarşılaşacaq.
Çempionlar Liqası, 2-ci təsnifat mərhələsi, cavab oyunu